"44 günlük müharibənin nəticələri, böyük dövlətlərin Cənubi Qafqaza olan diqqətini özünə çəkməyi bacardı. Görünən odur ki, son zamanlar dünyada gedən proseslər sabit qala bilmir və hər gün dəyişməkdədir”.
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi şərhçi Çingiz Şahbazi deyib ki, günümüzdə Rusiya Ukrayna müharibəsindən də qaynaqlanan bir çox problemlər mövcuddur:
“Bu problemlər siyasi müstəvidə olmaqla yanaşı, həm də iqtisadi münasibətlərin korlanmasına gətirib çıxarıb. İstər Rusiya, istərsə də Avropa İttifaqı ölkələri olsun, hər ikisi mövcud problemləri həll etmək arzusunda olduqları görünür. Köhnə sistemin çökməsini nəzərə alsaq, yeni münasibətlərin qurulması da asan görünmür. Məhz bu səbəbdən vəziyyəti daha da ağırlaşdıran halların, dərinləşməsinə səbəb amillərin mütləq aradan qaldırılması lazımdır. Bölgə olaraq Azərbaycan bu ölkələr üçün çox vacibdir. Azərbaycan neft -qaz istehsal edən, həmçinin bu sahə üzrə tranzit ölkə kimi çox əlverişli hesab edilir. Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlərin ləngiməsi , yuxarıda qeyd etdiyim vəziyyəti daha da çıxılmaz duruma salıb”.
Ekspert onu da deyib ki, Ermənistan əlində olan bir neçə əlverişli şansdan, Azərbaycana qarşı səmərəli istifadə etmək istəyir:
“Azərbaycan tərəfi də həmçinin olub bitənlər fonunda israrla tələblər irəli sürür və istər Rusiyanın qarşısında olsun, istərsə də Avropanın qarşısında, öz haqqını tələb edir”.
Mehman