"Ermənistanın yalançı hay-küyü lazımı dəstək almadı. Çünki, Ermənistana gedən yol açıqdır, yəni ermənilərin dediyi kimi heç bir blokda şəraiti yoxdur".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, buna rəğmən Azərbaycan tərəfinin isə Laçın dəhlizini bağlamaq hüququ qüvvədədir:
“Sadəcə olaraq, Zəngəzur dəhlizinin reallaşması istiqamətində böyük dövlətlərin kəsişən maraqları bunun nə zaman ediləcəyini sual altında saxlayır. Xankəndində fəaliyyət göstərən separatçı rejimin “rəhbərləri”, bu iki kəsişən münasibətlərin arasında hələ ki, manevr edir".
Çingiz Şahbazi onu da deyib ki, Xankəndində yerləşən separatçı rejimin rəhbərliyi arasında çox ciddi ayrıseçkilik var:
“Bütün bunlar onu göstərir ki, Rusiya onlardan istədiyi kimi istifadə etməyə çalışır. Ümumiyyətlə, hadisələr tez-tez dəyişir və sabitlik yoxdur. Separatçı rejimin rəhbərliyi öz arasında dil tapa bilməyəcək. Ola bilsin ki, Azərbaycan tərəfi ilə hansısa gizli danışıqlar və müzakirələr var və hətta razılıq belə mümkün variantdır”.
Mehman