"İndiki halda Azərbaycanla Ermənistan arasında gərginlik davam etdiyindən tərəflər arasında hansısa bir sülh müqaviləsinin imzalanması müzakirə olunmur. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Qarabağda ekoloji terrora qarşı Şuşa-Xankəndi yolunda aksuya keçirməsi və yolun Rusiya sülhməramlıları tərəfindən bağlanması mahiyyət etibarilə tərəflər arasında gərginliyin davam etdiyini göstərir".
Bu fikirləri Newscenter.az-a politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, hazırda Ermənistan daxilində də problemlər mövcuddur və erməni hakimiyyətinin daxilində Azərbaycan və Türkiyə ilə danışıqları davam etdirməklə bağlı fikir ayrılıqları hökm sürür:
"Eyni zamanda Rusiya da mümkün qədər çalışır ki, prosesləri pozsun və zamana oynasın. Belə ki, əgər Rusiya Ukraynada qalib gələrsə, ondan sonra yenidən bu məsələyə yenidən qayıda bilər".
Samir Hümbətov onu da deyib ki, Ermənistan Avropa İttifaqının mülki missiyasını sərhədə gətirməklə prosesləri bir qədər də gərginləşdirmiş oldu:
"Bütün bunları nəzərə alaraq düşünürəm ki, indiki halda tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün müzakirələrin aparılması real görünmür. Ancaq bütün halda proseslər qısa müddətdə dəyişə də bilər".
Anar