Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran-Azərbaycan gərginliyi getdikcə artacaq-ÖZƏL

İran-Azərbaycan gərginliyi getdikcə artacaq-ÖZƏL


İran-Azərbaycan münasibətlərinin gələcək dövrü üçün fikir yürütmək üçün bu münasibətlərin dinamikasına diqqət etmək lazımdır. Münasibətlərdəki dinamika gərginliyin artması istiqamətində davam edir”.

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib:

“Hələ münasibətlərdə açıq gərginlik hiss edilmədiyi zamanda yazmışdım ki, əgər Zəngəzur dəhlizi açılması istiqamətində proseslər ciddi hal alacaqsa, İran Azərbaycana müharibə belə edəcək. Əgər Zəngəzur dəhlizi açılarsa, Azərbaycan və Türkiyə orduları hazırlıq vəziyyətinə gətirilməlidir. İran həqiqətən də bu məsələyə görə sonradan Azərbaycanla müharibə edə biləcəyini həm bəyan etdi, həm də sərhəddə bir neçə dəfə hərbi təlimlər keçməklə fikrinin ciddi olduğu mesajını verdi. Təbii ki, Azərbaycan və Türkiyə də bunu cavabsız qoymadı. Buna qarşı sərhəddə hərbi təlimlər keçməklə İrana səndən qorxmuruq mesajı verdilər. Azərbaycan səfirliyinə Tehranda terror hücumu, bir nəfərin şəhid edilməsi və səfirliyin tamamilə bağlanması olayı münasibətləri daha da kəskinləşdirdi”.

Azər Qasımovun sözlərinə görə, belə bir görüntü yaranır ki, İranın Azərbaycana qarşı yürütdüyü siyasətə bir çox səbəblərdən kəskin reaksiya verməyən və ya vermək istəməyən Azərbaycan məcbur qalaraq Tehranın bütün pisliklərinə cavab vermək qərarına gəldi:

“İranın düşməni İsraildə səfirlik açdı, Tehrandakı səfirliyini bağladı. Təbii ki, bu proseslər yenidən geri dönəsi proseslər deyil və gərginlik hesab edirəm ki, getdikcə artacaq. Bu, istər Zəngəzur dəhlizinin açılması istiqamətində gedən proseslərə görə və ümumiyyətlə, İrana qarşı Amerikanın və İsrailin planları baxımından labüddür”.

Mehman
Xəbəri paylaş