Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda və Türkiyədə baş verən zəlzələlər Azərbaycanda da ola bilər?

İranda və Türkiyədə baş verən zəlzələlər Azərbaycanda da ola bilər?


Alp-Himalay qurşağı Avrasiyanın cənub hissəsindən keçməklə Atlantik okeanından Sakit okeana qədər uzanır. Dünyada zəlzələlərin Sakit okean odlu qövsündən sonra ən çox baş verdiyi ərazilər məhz bu qurşağın üzərində yerləşir. Azərbaycan ərazisi də bu qurşaq daxilindədir.

Newscenter.az xəbər verir ki, bu fikirləri coğrafiyaşünas Anar Salehoğlu səsləndirib. O bildirib ki, Cənubi Azərbaycanda və ardınca qardaş Türkiyədə güclü zəlzələrin müşahidə olunması bizi qəti addımlar atmağa vadar edir:


“Seysmik təkanların ardıcıl davam etməsi həyacan təbili deməkdir. Azərbaycanda da zəlzələlərin baş verməsi istisna edilmir. Seysmik təkanların əsasən Böyük Qafqaz dağlarında baş verəcəyi ehtimalı daha çoxdur. Tarixi təcrübə də bunu deməyə əsas verir. Seysmik aktivliyin qərbə doğru getməsi təhlükənin Azərbaycandan uzaqlaşdığı kimi başa düşülməməlidir. Bütün hallarda xalqımız hazır olmalıdır”.

Mehman
Xəbəri paylaş