"Beynəlxalq təşkilatlar, dünya dövlətləri Türkiyədə baş verən zəlzələyə biganə qalmamalı, dərhal qardaş ölkəyə yardım əlini uzatmalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azad Vətən Partiyasının sədri Akif Nağı səsləndirib. Partiya sədri daha sonra bunları qeyd edib:
"Bildiyimizə görə, Azərbaycan hökuməti artıq yardım etməyə başlayıb. Hesab edirik ki, dövlət tərəfindən yardım genişlındirilməli, eyni zamanda cəmiyyət də yardım kampaniyasına qoşulmalıdır. Azad Vətən Partiyası olaraq, ərzar, paltar, yataq, çadır və digər ləvazimatların toplanmasına, həmçinin könüllü olaraq xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə yola düşməyə hazırıq".
Mehman