DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonb ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçiriblər.
Tədbirin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq idi. Ümumilikdə 112 sürücü barəsində inzibati tədbirlər görülüb ki, onların arasında sərxoş sürücülər də olub. Bununla yanaşı tədbir zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb və həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib.
Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Mehman