Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və İran birgə dron zavodu açacaq

Rusiya və İran birgə dron zavodu açacaq


Rusiya və İran rəhbərliyi Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa şəhərində İranın “Şahid-136” kamikadze dronlarının istehsalı üçün zavod tikmək imkanını nəzərdən keçirir.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, yanvarın 5-də İran nümayəndə heyəti Tatarıstana səfər edib və orada nəzərdə tutulan tikinti üçün boş sahəyə baxış keçirib.

Bildirilib ki, hazırda Moskva və Tehran daha da sürətlə uça biləcək “Şahid-136” kamikadze dronlarının təkmilləşdirilmiş modelini hazırlayırlar. Tərəflər Tatarıstandakı zavodda ildə azı 6 min dron istehsal etməyi planlaşdırırlar.
Xəbəri paylaş