Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatı molla rejimini ciddi şəkildə narahat edir-ÖZƏL

Türk Dövlətləri Təşkilatı molla rejimini ciddi şəkildə narahat edir-ÖZƏL


"Azərbaycanın İranla bağlı siyasəti hər zaman qonşuluq, dostluq, qarşılıqlı əməkdaşlıq prinsiplərinə uyğun qurulub. Lakin cənub qonşumuzun ölkəmizə olan münasibəti hər zaman açıq-gizli formada davam etmiş, ziddiyyətli və anlaşılmaz siyasət kursu icra edilmişdir".

Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, teokratik fars rejiminin anti-Azərbaycan siyasəti ölkəmizin 2020-ci ilin payızında apardığı Vətən Müharibəsi və ərazi bütövlüyünün bərpasından sonra keçən müddət ərzində özünü daha qabarıq formada büruzə verməyə başladı:

"Molla rejimini narahat edən bir sıra nüanslar var ki, suveren Azərbaycan dövlətinin siyasi, hərbi-iqtisadi cəhətdən güclənməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində çox mühüm geosiyasi mövqeyə sahib olması, həmçinin regionda olan problemlərin həllində aktiv rol oynaması kimi məsələlər. Xüsusilə türk dövlətləri ilə əməkdaşlığın inkişafı və bu əməkdaşlığın vahid bir platformaya daşınması "Türk Dövlətləri Təşkilatı" rejimi ciddi şəkildə tədirgin edir".

Mehman
Xəbəri paylaş