Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub

Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub


Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Unİversiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutunun açıqlamasında bildirilib.

Məlumata görə, zəlzələnin gücü sonradanyoxlanılıb. Açıqlamaya əsasən, araşdırmadan sonra yeraltı təkanların 7,7 bal gücündə olduğu dəqiqləşdirilib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda zəlzələ Bakı vaxtı ilə 05:26-da baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2 323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.(report)
Xəbəri paylaş