Türkiyə dövləti bir neçə saatdır yardım üçün çağrış edib, amma beynəlxalq humanitar təşkilatların “təcili yardım”proqramları işə düşməyib. Onların işi, bu halda isə reaksiyasını daxili xəbərlərə abunə olmaqla izləmək mümkün olur.
Newscenter.az xəbər verir ki, bu fikirləri politolooq Yeganə Hacıyeva səsləndirib. Onun sözlərinə görə, 15 ildən çoxdur, abunə olduğum vacib təşkilatlardan demək olar ki, hər gün cari işləri haqqında xəbər byulletenlərini alıram:
"Bəziləri isə günün yarısı olmasına baxmayaraq hələ yerindən tərpənməyiblər. Bu da anlaşılandır, yardım mövzusunda ona görə canfəşanlıq etməyəcəklər ki, zəlzələnin yaratdığı çətinliklıri, fəsadları seçki ilində Ərdoğan hakimiyyətinin əleyhinə işləzin. Sosial media üzərindən “platforma ulduzları, facebook, tvitter siyasətçiləri artıq hökümət yardım etmir deyə təbliğata start veriblər. Məsələn şəhərlərin birində dağıntıların yanında canlı yayım açıb şikayət edən bələdiyyə işçisi var. Bir çox tiktokerlər var. Adama deyərlər, canın yanır, canlı yayım etməkdənsə bir işin qulpundan da sən yapış. Anlaşılan odur ki, bunu bir imkan kimi Ərdoğan hakimiyyətinə qarşı istifadə etmək planı işə düşüb".
Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycan artıq humanitar yardım, texniki vasitə və mütəxəssis potensialı ilə Qardaşının yanındadır:
"Cəmiyyət olaraq biz də Qardaş Türkiyənin yanındayıq və humanitar yardıma öz töhfəmizi vermək istəyirik. Türkiyə səfirliyindən humanitar yardım üçün hesabın açılması haqqında maraqlandım, hələ ki, yardım üçün hesab açılmayıb, ancaq açılan kimi bizimlə bölüşəcəklərini bildirdilər".
Anar