Azərbaycandan Türkiyəyə gedən hərbi həkim briqadaları Adana şəhərində zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcəklər.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
"34 nəfərlik həkim heyətini, səhra xəstəxanası ləvazimatlarını və digər tibbi ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər saatlarında qardaş Azərbaycandan Adanaya yola düşüb", - diplomatik nümayəndəlikdən qeyd olunub.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.