Belarus dövləti də Türkiyəyə zəlzələdən dolayı yardım göstərməyi qərara alıb.
Newscenter.az Türkiyə mediasına istinadən xəbər verir ki, Minsk bu məqsədlə Türkiyəyə axtarış-xilasetmə qrupu göndərəcək. Məlumata görə, prezident Aleksandr Lukaşenko bununla bağlı Belarusun fövqəladə hallar naziri Vadim Sinyavkiyə tapşırıq verib.
Minsk həmçinin, Suriyaya da yardım göndərməyi nəzərdə tutur.
Mehman