Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda fəaliyyət göstərəcək

Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda fəaliyyət göstərəcək


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda (Sumqayıt şəhəri, Sülh küçəsi, 76) fəaliyyət göstərəcək.

Newscenter.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Dövlət Xidmətinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Sumqayıt regional bölməsi, Azərbaycan Metrologiya İnstitutunun Şimal Regional Ərazi İdarəsi və İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin Abşeron regional bölməsi də fəaliyyət göstərəcək.

Açılış tədbirindən sonra yeni inzibati binada sahibkarlarla görüş keçirilib, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib, suallar cavablandırılıb.

Mehman
Xəbəri paylaş