Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cahangir Hüseynov: “Hər kəs imkanı çatdığı qədər qardaşlarımıza yardım etməlidir"

Cahangir Hüseynov: “Hər kəs imkanı çatdığı qədər qardaşlarımıza yardım etməlidir"


“Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ hər bir Azərbaycan vətəndaşında dərin sarsıntı, kədər yaradıb. Bu dar gündə qardaş və bacılarının imdadına yetişmək üçün vətəndaşlarımız səfərbər olaraq zəlzələ qurbanlarına yardım etməyə çalışır. Azərbaycan xalqının bu addımı dünyaya bir nümunə olmaqla bərabər, həm də Türkiyə-Azərbaycan dostluq-qardaşlığının bir daha əyani sübutu, tərənnümüdür”.

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, professor Cahangir Hüseynov səsləndirib. O bildirib ki, vətəndaşlarımızın uşaqdan-böyüyə yardım toplanan məntəqələrə gələrək əlindən gəldiyi qədər zəlzələ qurbanlarına dəstək olması Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, eyni zamanda ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tarixi kəlamlarının günümüzdə ortaya qoyduğumuz insanlıq, yardımsevərlik fonunda təsdiqidir:

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, zəlzələnin miqyası həddən artıq böyükdür. Qardaşlarımız çox ağır, üzücü günlər yaşayır. Ona görə də belə bir çətin zamanda hər kəs imkanı çatdığı qədər qardaşlarımıza yardım etməlidir. Əminəm ki, birlikdə, ələ-ələ verərək bu sıxıntını, acını da aradan qaldırmağa müvəffəq olacağıq”.

Mehman
Xəbəri paylaş