Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan zəlzələ bölgəsinə gedib

Ərdoğan zəlzələ bölgəsinə gedib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə çatıb.

Newscenter.az-ın məlumatına görə, “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı ərazidəki mövcud durumla tanış olacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Xəbəri paylaş