Cənub qonşumuz İranın ölkəmizlə bağlı düşmənçilik münasibəti, həyata keçirdiyi xarici siyasət və ziddiyyətli yanaşması hər kəsə bəllidir. Azərbaycanın güclənməsini və beynəlxalq müstəvidə nüfuzunun artmasını özünün milli maraqlarına təhlükə kimi qiymətləndirən İran siyasiləri, mümkün olan bütün siyasi gedişlər, hətta hərbi ritorika ilə çıxış etməklə Azərbaycanı təhdid edir, ölkəmizin siyasi və iqtisadi maraqlarına zərbə vurmağa çalışır.
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, totalitar fars rejiminin Azərbaycan düşmənçiliyini təkcə Arazın şimalında yerləşən Azərbaycan dövləti və xalqı ilə kifayətləndirmək yalnış olar:
"Məsələyə daha geniş aspektdən baxdıqda görürük ki, fars rejimi ölkə daxilində yaşayan Azərbaycan türklərinə qarşı da antisemitizm siyasəti həyata keçirir. Bunun ən bariz nümunəsi, yanvarın 29-u Qərbi Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ ilə bağlı evləri dağılan soydaşlarımıza çətin qış şərtlərinə baxmayaraq heç bir yardımın göstərilməməsi, əlavə olaraq da digər Güney Azərbaycan şəhərlərindən sıravi insanların gətirdikləri yardımların rejim qüvvələri tərəfindən qarşısının alınmasıdır. Bu faktların hər biri totalitar fars rejiminin ötən əsrin 20-ci illərindən başlayan və bu gündə davam edən assimilyasiya siyasətinin davamıdır. Məqsəd Cənubi Azərbaycanda Azərbaycan-Türk mədəni irsini, tarixini məhv etmək , fars şovniziminin davamlılığını təmin etməkdir".
Mehman