Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ Hatay da daxil olmaqla 10 vilayətdə hiss olunub. Zəlzələdən “Hatayspor”un futbolçuları da zərər çəkib.
Newscenter.az-ın haber7.com-a istinadən verdiyi xəbərə görə, “Hatayspor”un futbolçusu Kristian Atsu və komandanın idman direktoru Taner Savut dağıntılar altında qalıb.
Səhər saatlarında Kristian Atsu dağıntılar altından çıxarılaraq xəstəxanaya yerlışdirilib, İdman direktoru Taner Savutun axtarış-xilasetmə işləri isə hələ də davam edir.
"Hatayspor" komandası isə baş məşqçi Volkan Dəmirəlin rəhbərliyində İstanbula gəldi.
Oruc