Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınıb

FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.

Newscenter.az xəbər verir ki, 13 yük avtomobili və bir müşahidə nəqliyyat vasitəsi Bakıdan Türkiyənin zəlzələ bölgəsinə hərəkət edib.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komandirinin müavini, polkovnik-leytenant Fərid Qəhrəmanov deyib ki, avtomobil texnikasının gün ərzində müəyyən edilən əraziyə çatması gözlənilir.

Onun sözlərinə görə, xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınan humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

Mehman
Xəbəri paylaş