Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynaya yeni hücuma hazırlaşır?

Rusiya Ukraynaya yeni hücuma hazırlaşır?


"Rusiyanın Ukraynada yeni irimiqyaslı hücuma hazırlaşması ehtimalları güclənir. Rusiyanın hücum planları hərbi və siyasi rəqabətin dərinləşməsi fonunda cızılır. Rəqabət Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" qrupu arasında hansının efektiv olduğu prinsipi ilə gedir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Akşin Kərimov səsləndirib. O bildirib ki, Rusiya hərbi komandanlığı taktiki zəiflikləri və uğursuzluqları kompensasiya etmək üçün Donetski tam ələ keçirməyə tələsir:

"Ehtimal edilir ki, Rusiyanın enerji şirkəti olan "Qazprom" hərbi qurumları normallaşdırmaq və özəl hərbi şirkətləri sıradan çıxarmaq üçün öz təhlükəsizlik qüvvələrini yarada bilər. Rusiya Baxmutu ələ keçirə bilmir. Ukraynanın müqaviməti isə Qərbdən silah tədarüklərinin davam etməsindən asılılığını artırır".

Mehman
Xəbəri paylaş