Türkiyənin bir çox vilayətlərində baş verən dağıdıcı zəlzələdən həlak olanların sayı 5894 nəfərə çatıb.
Newscenter.az haber7.com-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin vitse-prezidenti Fuad Oktay verib. O bildirib ki, zəlzələ zamanı xəsarət alanların sayı isə 34 810 nəfərə yüksəlib.
"Bu günə qədər dağıntılar altından xilas edilən vətəndaşlarımızın sayı 8000 nəfər olub".
Mehman