Ruben Vardanyan Moskvadadır və onu Qarbağdan Rusiya sülhməramlıları çıxarıb. Onun Moskvada görsəndiyi ərəfədə Rusiya sülhməramlıları Qarabağdan əsgərlərin istifadə olunmuş paltarları, çirkli yorğan döşəkdən ibarət texniki yük çıxardıb. Bir də , sülhməramlıların ailə üzvlərindən Rusiyaya müalicə və müainəyə gedən şəxslər olub.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva səsləndirib. O bildirib ki, bu şəxslərin arasında isə Ruben Vardanyanın “qabaritinə” uşaq dünyaya gətirmək üçün Rusiyaya gedən hamilə qadın uyğun gəlir:
"Hamilə qadın qismində Moskvaya aparıblar. Qırmızı Xaçın çıxartdığı adamların sıralarında Vardanyanı ona görə axtarmırıq ki, Vardanyan İravan ofisinin rəhbərliyində Paşınyanın sorosçu dostu olan təşkilata öz “evakuasiyasını” etibar etməzdi. Bir də Rusiyanın Qarabağdakı agentini elə sülhməramlılarının özü daşıması daha məntiqlidir".
Mehman