"Ötən il Kreml tərəfindən xüsusi missiya və planlarla Qarabağ İqtisadi rayonuna göndərilən erməni əsilli rus milyarder Ruben Vardanyanın rus sülhməramlıların köməkliyi ilə utilizasiya olunmaq üçün hərbiçilərin istifadəsi zamanı nəzərdə tutulmuş geyimlərin arasında gizlin və biabırçı şəkildə Qarabağdan qaçması onun necə lazımsız bir ünsür olmasının əyani sübutudur".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bölgəyə gəliş məqsədi mövcud vəziyyəti gərginləşdirmək, separatçı meylləri artırmaq və burada yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına əngəl törətmək olan Vardanyan, ermənilər arasında nüfuz qazanmaqla yanaşı öz sərvətini də artırmaq planları güdürdü:
"Məhz onun bölgəyə gəlişindən sonra Qarabağda Dəmirli və Qızılbulaq yataqlarında qanunsuz istismarın miqyasının genişlənməsini müşahidə etdik və hələ də məlum proseslərə etiraz olaraq Laçın-Xankəndi yolunda eko-fəallarımızın aksiyası davam edir. İndiki halda məlum şəxsin bu vəziyyətdə bölgədən qaçmasının səbəbi odur ki, Vardanyan və onun əsl sahibləri Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli mövqe sərgiləməsi fonunda bu cür addım atmağa məcbur oldu".
Mehman