Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunan baş nazir türkcə paylaşım etdi

Yunan baş nazir türkcə paylaşım etdi


Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra Türkiyəyə yardım göndərən ölkələr arasında Yunanıstan da yer alıb.

Newscenter.az-ın haber7.com-a istinadən verdiyi xəbərə görə, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis açıqlamasında Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə baxmayaraq, Yunanıstanın Türkiyəyə yardım göndərdiyini ifadə edərək, “Yunanıstan və Türkiyə çətin anlarda bir-birinə kömək etməli olan qonşulardır. Bu, ölkələrimizdə baş verən ilk zəlzələ deyil"-deyə bildirib.

Yunanlı nazir daha sonra bunları qeyd edib:

"Bu, fikir ayrılıqlarımızı müvəqqəti olaraq bir kənara qoymağın və çox, çox təcili vəziyyəti həll etməyin vaxtıdır"

Qeyd edək ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis sosial media hesabında da türk dilində "Yunanlar və türklər yan-yana can qurtarmaq üçün birlikdə mübarizə aparır" sözlərini paylaşıb.

Mehman
Xəbəri paylaş