Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələ qurbanlarına yardımların toplandığı ünvan DƏYİŞDİ

Zəlzələ qurbanlarına yardımların toplandığı ünvan DƏYİŞDİ


Kahramanmaraş və ətraf bölgələrdə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədilə yardımların toplandığı ünvan texniki səbəblərdən dəyişdirilib.

Newscenter.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, yardımla bağlı Babək prospektində yerləşən Doğtaş Mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq müəyyən edilib.

Zəlzələ qurbanlarına dəstək olmaq istəyənlər yardımlarını Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirə bilərlər.

Mehman
Xəbəri paylaş