Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün qardaşın, qardaşa əl uzatma, dəstək vermə və onun üçün dua etmə günüdür

Bu gün qardaşın, qardaşa əl uzatma, dəstək vermə və onun üçün dua etmə günüdür


"Bu gün Türkiyə və bütün Türk dünyası matəm içindədir. Türkiyəmizin Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində baş vermiş zəlzələ nəticəsində minlərlə insan dünyasını dəyişmiş, yaralılarımız və hazırda dağılmış binaların altında can çəkən, taleyi bəlli olmayan günahsız və çarəsiz insanımız var. Bu gün qardaşın, qardaşa əl uzatma, dəstək vermə və onun üçün dua etmə günüdür".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası Fizuli Məmmədov səsləndirib. RAİ sədri sonra fikirlərinə belə davam edib:

"Allah Türkiyəni qorusun və bir daha bizləri acı faciələrlə üz-üzə qoymasın".

Bu gün doğum günü olduğunu qeyd edən Fizuli Məmmədov dostlarından Türkiyədə baş vermiş faciə və matəmlə əlaqədar ona təbrik ünvanlamamağı xahiş edib:

"Bu gün mənim doğum günüm olduğu üçün, facebook dostluğumda olan hər kəsə xatırlatma edir. Sizdən ricam bu il mənə doğum günü təbriki ünvanlamamağınızdır. Dəyərli dostlar məni anlayışla qarşılayacağınız üçün öncədən minnətdarlığımı bildirirəm. Bizim əsas zənginliyimiz; bərabər dua edib, bərabər amin dediyimiz dostlarımızdır”.

Anar
Xəbəri paylaş