Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində baş tutan beynəlxalq “Zəkat, Vergi və Gömrük Konfransı” çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bir sıra ikitərəfli görüşlər keçirib.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük İdarəsinin rəhbəri Suhail bin Muhammad Abanmi, Birləşmiş Ərəb Əmirliklərinin Federal Gömrük İdarəsinin baş direktoru Əhməd Bin Ləhəc Əl Fəlasi, İspaniya Gömrük və Aksiz İdarəsinin direktoru xanım Pilar Jurado Borrego, Portuqaliya Vergi və Gömrük İdarəsinin baş direktoru xanım Helena Maria Jose Alves Borges ilə keçirilən görüşlərdə ölkələrimizin gömrük xidmətləri arasında mövcud əlaqələrin perspektivlərindən bəhs edilib, gömrük işi sahəsində təcrübə mübadiləsinin, əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin gömrük əməkdaşları üçün təlimlərin keçirilməsi, gömrük sahəsində qarşıya çıxacaq məsələlərin operativ həlli, elektron məlumat və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Sevinc