Azərbaycan Ordusunun döyüş hazırlığı tədbirlərinin maksimum real döyüş şəraitinə uyğun təşkil edilməsinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə bildirilib.
Azərbaycan Ordusunun bölmələrinin daim döyüşə hazır olması ilə bağlı Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri müşavirə iştirakçılarına çatdırdıqdan sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüş qabiliyyətinin yoxlanılmasının nəticələri barədə məruzələri dinləyib.
Mehman