Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımların qardaş ölkəyə yola salınıb.
Newscenter.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Mülki Müdafiə Qoşunlarının Mühəndis Xidmət rəisinin müavini polkonik-leytenant Yasin Musayev məlumat verib.
Onun sözlərinə görə, 9 yük avtomobil karvanı Türkiyənin zəlzələ bölgəsinə yola düşüb: "Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınan humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır, 240 soba daxildir".
FHN rəsmisi bildirib ki, 9 yük avtomobilini bir müşahidə nəqliyyat vasitəsi müşaiyət edir: "Artıq bu quru yolla qardaş ölkəyə göndərilən üçüncü humanitar yarım karvanıdır".
Mehman