Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağdakı ermənilər və ruslar elektriksiz qalır

Qarabağdakı ermənilər və ruslar elektriksiz qalır


"Son günlər Rusiya Sülhməramlı Kontingentinın (RSK) nəzarətində olan ərazilərdə elektrik məhdudiyyətləri barədə yayılan məlumatlar audiotoriyada "Bəs Sərsəngdə istehsal edilən eneri hara verilir" kimi haqlı suallar yaradır. Mənim energetikadan bir anlayışım yoxdur, amma problemin ümumi konturları barədə bəzi məlumatları audiotoriya ilə bölüşə bilərəm".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Sərsəng SES istehsal etdiyi elektriki Qarabağ ərazisinə verir, lakin bloklar qəzalı və suyun da səviyyəsi aşağı olduğundan istehsal da zəifdir:

"Buna görə də Qarabağda ermənilər əsasən Ermənistandan gələn elektrikdən istifadə edir. Qarabağda məskunlaşmış ermənilərin indiyədək istifadə etdikləri 36 su elektrik stansiyasından indi cəmi 6-sı onların nəzarətindədir. 6 stansiyaların gücü isə tələbatı ödəməyə imkan vermir. Qarabağı Ermənistandan elektriklə təchiz edən iki xətdən biri Kəlbəcərdən, digəri Qubadlıdan keçirdi. Qubadlı istiqamətindən gələn elektrik xətti döyüş əməliyyatları zamanı Şuşa yaxınlığında sıradan çıxıb. Qubadlı xəttini əsaslı təmir edən də yoxdur. Həmin xətt Azərbaycan ordusunun nəzarəti altında olan ərazilərdən keçir. Onun təmir və ya bərpası da Azərbaycanın razılığı olmadan mümkün deyil. Kəlbəcər xətti barədə isə dəqiq məlumatım yoxdur, lakin onun işğal dövründə çəkildiyini nəzərə alsaq, hazırda istifadəsini mümkün hesab etmirəm".

Ədalət Verdiyegv diqqətə şatdırıb ki, müharibəyə qədər fəaliyyət göstərən 36 su elektrik stansiyası regionu əslində zəruri həcmdə elektriklə təchiz etmirdi:

"Bu stansiyalar Ermənistandan gələn 110 kilovoltluq xətlərə qoşulmuşdu və “köməkçi” funksiya daşıyırdı. Həmin stansiyalar yerli oliqarxların biznes layihələri idi və yalnız Sərsəng SES Qarabağda elektrik təchizatının əsas hissəsini təmin edə bilirdi. Son günlər Qubadlı istiqamətindən gələn xətt aşırı yüklənmə səbəbi ilə tez tez sıradan çıxır. Sərsəng su anbarında qış aylarında suyun həcmi azaldığı üçün isə Qarabağdakı ermənilər və ruslar elektriksiz qalır".

Mehman
Xəbəri paylaş