Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan iqtisadiyyatında tənəzzül başlayıb?

Azərbaycan iqtisadiyyatında tənəzzül başlayıb?


Dövlət Statistika Komitəsi məlumat yayıb ki, Azərbaycan iqtisadiyyatında tənəzzül başlayıb. Belə ki, 2023-cü ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artıb.

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Qubad İbadoğlu hesab edir ki, bu tənəzzül fevral ayında da davam edəcək. Çünki, fevralın 6-da zəlzələdən dərhal sonra Türkiyənin Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən neftin tankerlə daşınması dayandırılmışdı, neftin daşınması dünəndən bərpa edilib. Bu da ixracata təsirsiz ötüşməyəcək:

"Yanvar ayında iqtisadiyyatda, xüsusilə də neft-qaz ÜDM-ində enişin qeydə alınmasında heç şübhəsiz ki, bu ildən neft hasilatında azalma, Avropa bazarlarında neft-qaz qiymətıərinin ötən ilə nisbətən az da ucuzlaşması rol oynayıb. Digər səbəblər arasında yanvar ayında maaşların və pensiyaların artmamasına görə, əhalinin alıcılıq qabliyyətinin aşağı düşməsi, məcmu istehlakın azalması, inhisarçı şirkətlərin vergi ödəməməsinə görə büdcədən maliyyələşən dövlət xərcləmələrinin azalması, eləcə də iş yerlərinin bağlanmasımın çoxalması ola bilər".

Natiq
Xəbəri paylaş