Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla İtaliya arasında enerji sahəsində əməkdaşlığa dair gözəl nümunələr var

Azərbaycanla İtaliya arasında enerji sahəsində əməkdaşlığa dair gözəl nümunələr var


"Azərbaycan-İtaliya əməkdaşlığı hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Bu gün müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əlaqələr Roma ilə Bakının daha da yaxınlaşmasına gətirib çıxarır. Ötən gün “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi yüksələn xətlə gedən ikitərəfli əməkdaşlığın təcəssümü idi".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad üzrə elmlər doktoru Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair gözəl nümunələr var və yaxın keçmişdə olan bu əməkdaşlıq Bakı və Romaya yeni-yeni əməkdaşlıq imkanları vəd edir:

"Cənub Qaz Dəhlizi, TAP-la əlaqədar Azərbaycan-İtaliya əməkdaşlığı buna əyani sübutdur. Fevralın 13-də İtaliya şirkətlərinin iştirakı ilə 1280 MVt gücündə müstəqilik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimin keçirilməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinin göstəricisidir".

Arzuman Muradlı deyib ki, Azərbaycan İtaliya ilə işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında da sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə real addımlar atılır.

İctimai Birlik sədri rəsmi Romanın hər zaman Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verdiyini diqqətə çatdırmaqla yanaşı, 44 günlük Vətən müharibəsi dövründə də İtaliyanın neytral mövqe tutaraq Avropada müşahidə edilən antiAzərbaycan kampaniyasına qoşulmadığını vurğulayıb:

“Ümumiyyətlə, Azərbaycan və İtaliya hər zaman bir-birinə strateji tərəfdaş olaraq baxıb, qarşılqlı faydalı əməkdaşlığa önəm verib. Bakı və Roma bu gün haqlı olaraq dost ölkələr kimi xarakterizə edilir. Qeyd etdiyim kimi biz bunu 44 günlük Vətən müharibəsi dövründə də gördük. Rəsmi Roma Vətən müharibəsi dövründə Azərbaycanla bir növ həmrəylik nümayiş etdirdi. Həmçinin, İtaliya mediası həmin günlər baş verən hadisələrə obyektiv yanaşdı, Azərbaycanın öz ərazi bütövlüyün bərpa etdiyini vurğuladı”.

Natiq
Xəbəri paylaş