Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda qadın sərnişinlərə qeyri-etik təkliflər edən 8 taksi sürücüsü məsuliyyətə cəlb edilib

Bakıda qadın sərnişinlərə qeyri-etik təkliflər edən 8 taksi sürücüsü məsuliyyətə cəlb edilib


Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 8 taksi sürücüsü məsuliyyətə cəlb edilib

Newscenter.az-a DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.

Onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

"Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir".

Mehman
Xəbəri paylaş