Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var


Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.

Newscenter.az bildirir ki, "Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mersedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Həmçinin, Bakı sakinləri olan iki bacı 1963-cü il təvəllüdlü Məmmədova Sevda, 1970-ci il təvəllüdlü Hacıyeva Mahirə və Şəmkir sakini 1979-cu il təvəllüdlü Qəhrəmanov Rafiq Vaqif oğlu da xəsarət alanlar sırasındadır.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş