Xocalı Soyqırımının 31-ci ildönümü münasibətilə "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyi "Xocalı Soyqırımını Unutmadıq" adlı rəsm müsabiqəsi elan edib.
Newscenter.az İctimai Birliyə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər əsərlərini Fevral 20-dək aşağıda qeyd olunmuş nömrəyə şəkil formatında göndərə bilərlər. Seçilənlər ilə əlaqə saxlanılacaq.
Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, incəsənət əsərləri vasitəsi ilə Xocalı faciəsi və digər soyqırımı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, zaman-zaman xalqımızın başına gətirilən faciələri, genosid faktlarını əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.
Müsabiqəyə rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət janrında olan əsərlər qəbul olunacaq.
Qeyd edək ki, seçilmiş əsərlər Xocalı Soyqırımı ilə bağlı tədbirlərdə nümayiş olunacaq.
Sevonc