"Dost və qardaş Türkiədə baş vermiş zəlzələ hər birimizi kədərləndirib. Təbii ki, Türkiyənin acısı acımız sevinci sevincimizdir. Düşünürəm ki, bizlər bu hadisədən həm də dərs çıxarmalıyıq".
Bu fikirlər Saatlı şəhəri, M.Əliyev, ev.15-də yaşayan Qara Əliyevin redaksiyamıza daxil olduğu şikayət məktubunda əksini tapıb.
Newscenter.az-a daxil olan məktubda şikayət müəllifi qeyd edir ki, o, 31.01.2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə və HüquqMühafizə orqanlarına, Saatlı rayonu H.Əliyev pr 240 ünvanında yerləşən “Səma” şadlıq sarayının 2011-ci ildə layihə sənədləri dövlət ekspertizasından keçirilmədən inşa edilməsi və hazırda obyektin istismara müvafiq qaydada qəbul olunmadan istismar edilməsi barədə müraciət edib:
"İllər öncə həmin şadlıq sarayında çökmə və çatlar da baş vermişdi və sonra düzəldildi. Mən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək “Səma” şadlıq sarayının tikintisinə və istismarına icazə verilib-verilməməsi ilə bağlı mənə, məlumat verilməsini xahiş etdim. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini cənab Namiq Hümmətovun imzası ilə mənə 10.01.2023-cü il tarixində cavab məktubu göndərildi. Həmin cavab məktubunda “Səma” şadlıq sarayının tikintisinə və istismarına icazə verilib-verilməməsi barədə Komitəyə hər hansısa məlumat təqdim edilmədiyi bildirilmişdir".
Qara Əliyev daha sonra yazır:
"Dövlət Şəhərsalma və Arixtektira Komitəsində qeydiyyatdan keçməmiş, dövlət ekspertizasından keçirilmədən inşa edilmiş və istismara qəbul olunmamış bir şadlıq sarayı necə ola bilər ki, illərdir istifadə (istismar) olunur? Bu qanunsuz hala nəyə görə və kimlər göz yumub? Şadlıq sarayında toy zamanı zəlzələ nəticəsində və ya hər hansısa digər səbəbdən bina uçub dağılsa və yüzlərlə insan həlak olsa buna görə kimlər məsuliyyət daşıyacaq? Media nümayəndəsi olaraq sizdən xahiş edirəm ki, Saatlı rayonu H.Əliyev pr 240 ünvanında yerləşən “Səma” şadlıq sarayının fəaliyyəti yuxarıda qeyd etdiyim səbəblərə görə dayandırılması barədə olan bu marciətimi öz xəbər saytınızda dərc edəsiniz ki, bəlkə aidiyyatı qurumlar buna münasibət bildirdi".
Mehman