Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda gənc qız itkin düşüb-FOTO

Bakıda gənc qız itkin düşüb-FOTO


Bakıda 20 yaşlı qadın itkin düşüb.

Newscenter.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvarın 24-ü saat 14:00 radələrində qızı 2003-cü il təvəllüdlü Əfsanənin yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək qayıtmayıb: "İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara.

Əfsanə evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara cins və qara idman ayaqqabısı olub. Bu şəxs barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur".



Mehman
Xəbəri paylaş