Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
Newscenter.az-a DİN-in Mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Mehman