Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

6 ildir Rusiyada yaşayan şəxs Azərbaycanda necə müəllim işləyir?

6 ildir Rusiyada yaşayan şəxs Azərbaycanda necə müəllim işləyir?


Bir sıra ümumtəhsil müəssisələrində çalışan müəllimlərin məktəb direktorlarının sayəsində məktəbə gəlmədiyi, repetitor fəaliyyəti, yaxud tədrisdən tamamilə kənar bir işlə məşğul olduqlarına dair zaman-zaman ortaya müəyyən fikirlər, iddialar atılıb. Düzdür, Elm və Təhsil Nazirliyi bu istiqamətdə müəyyən araşdırmalar aparıb onların nəticələri barədə cəmiyyətə məlumat versə də, lakin hələ də bu kimi problemlərin mövcud olduğu danılmaz faktdır.

Newscenter.az xəbər verir ki, hərbi eskpert Ədalət Verdiyev ümumtəhsil respublikanın müəssisələrindən birində qeydə alınan ciddi qanun pozuntusu barədə məlumat paylaşıb. Onun verdiyi məlumatdan aydın olur ki, ucqar rayonlardan birində məktəbdə müəllim kimi adı keçən iki nəfər nəinki həmin məktəbə ayaq basır, hətta 6 ildir ki, Azərbaycana gəlmirlər. Ədalət Verdiyev həmin şəxslərin Rusiya Federasiyası ərazisində yaşadıqlarını iddia edir. Ədalət Verdiyev onu da qeyd edib ki, bu qanun pozuntusu fəxri adla təltif edilmiş direktorun rəhbərlik etdiyi məktəbdə baş verir:

"6 ildir Rusiyada yaşayaraq ölkəyə bir dəfə də olsun gəlməyən ən azı iki nəfər eyni məktəbdə, fəxri adla təltif olunan direktorun sayəsində tədrislə məşğul olub".

Natiq
Xəbəri paylaş