Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ məsələni bitirmək yox, təşəbbüsü ələ almağa çalışır

ABŞ məsələni bitirmək yox, təşəbbüsü ələ almağa çalışır


"Münhendə Prezident İlham Əliyev Ermənistanın boş naziri Paşinyanla ABŞ-ın tərəfli dövlət katibi Blinkenin arabuluculuğu ilə görüşüb, məsələləri müzakirə etdi. Müzakirələrdən daha çox mövqelərin nümayişini müşahidə etdik. ABŞ məsələni bitirmək yox, təşəbbüsü ələ almağa çalışır".

Newscenter.az
xəbər verir ki, bu fikirləri Azad Vətən Partiyasının sədri Akif Nağı səsləndirib. Partiya sədri bildirib ki, Blinkenin niyyətinin xoş olduğuna inanmaq istəyirik:

"Amma bir müddət əvvəl elan etdikləri mövqelərinə uyğun hərəkət etsələr, nəticə olmayacaq. Rusiya da qıcıqlanıb , prosesin növbəti dəfə pozulmasına çalışacaq. Prezidentin bütün məsələlərlə bağlı konkret mövqeyi təqdir olunmalıdır. Zəngəzur dəhlizi ilə bağlı geri çəkilmək , buraxılış-nəzarət məntəqələrini qabartmaq olmaz. Heç kəslə məsləhətləşmədən Laçın dəhlizində postlarımızı qurmalı və Zəngəzur dəhlizinə doğru irəliləməliyik".

Natiq
Xəbəri paylaş