Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münxen Təhlükəsizlik Konfransında İlham Əliyev ölkəmizin milli maraqlarından yüksək səviyyədə çıxış etdi

Münxen Təhlükəsizlik Konfransında İlham Əliyev ölkəmizin milli maraqlarından yüksək səviyyədə çıxış etdi


"Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev ölkəmizin milli maraqlarından yüksək səviyyədə çıxış etdi və Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətli oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov səsləndirib. Millət vəkili bildirib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-nın Dövət katibi Antoni Bilnkenin iştirakı ilə keçirilən üçtərəfli görüşdə sülh müqaviləsinin imzalanması ilə dəhlizlər razılığının yol statusuna çevrilməsi məsələsi rəsmi olaraq ilk dəfə gündəmə gətirildi:

"Sərhədlərin delimitasiya və demarkasiya olunması üçün Azərbaycanla Ermnistan sərhədində həm Laçın rayonunda, Həm də Zəngəzurda nəzarət keçid postlarının qorulması təklif olundu. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. Cənubi Qafqazda təhlükəszilik məsələləri ilə bağlı keçirilən plenar iclasda dövlət başçımız Paşinyana kapitulyasiya sənədinə imza atdığını və Dağlıq Qarabağ adında bir inzibati ərazi olmadığını xatırladı. MTK-da Laçın yolunun blokada olunması ilə bağlı Ermənistanın feyk məlumatları ifşa edildi. Dövlət başçımız açıq şəkildə bəyan etdi ki, 12 dekabrdan bu günə qədər 2500-dən çox avtomobil bu yolda hərəkət edibsə heç bir blokadadan söhbət gedə bilməz. Həm də Laçın yolu bağlı olsaydı cinayətkar Ruben Vardanyan İrevana və sonra da Moskvaya gedib geri qayıda bilməzdi".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Qarabağın dağlıq hissəsində yaşayan ermənilər vətəndaşlarımız olduğunu və ölkə daxili məsələləri ancaq Qarabağda doğulmuş ermənilərlə müzakirə edə biləcəyini diqqətə çatdırdı:

"Həm də Azərbaycanda yaşayan bütün milli azlıqların hüquqları dövlət tərəfindən yüksək səviyyədə qorunduğunu bildirərək ermənilərin də yaşamasında heç bir problemin olmayacağını bir daha bəyan etdi. Prezident İlhjam Əliyev Sülh müqaviləsinin imzlanması ilə bağlı Ermənistanın baxışlarında irəlliləyişin olduğunu, amma kifayət qədər olmadığını bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi məslələrini Gürcüstanın iştirakı ilə yeni bir formatda apara biləcəyini ifadə etdi".

Azər Badamov deyir ki, digər bir məsələ isə Ermənista MTK-da iştirak etməklə nə qazandı kimi bir sual da ortaya çıxır:

"Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə dair plenar iclasda Paşinyan yenə də öz ampluasından kənar çıxmadığını və sülh müqaviləsinin imzalanmasından uzaq olduğunu nümayiş etdirdi. Ermənistan torpaqlarımızı işğal altında saxladığı 30 ildə 65 məscidin dağıdılmasını sovet hakimiyyətin üzərinə atmağna çalışmaqla Paşinyan özünü gülünc vəziyyətə saldı. Hesab edirəm ki, belə getsə bir az da vaxt keçəndən sonra Paşinyan Ermənistanın Qarabağda şəhər və kəndlərimizi dağıdaraq talan edilməsini də sovet hakimiyyətin üzərinə atacağı gözləniləndir. ”Utanmasa oynamğa nə var ki:” el misalı erməninin genindədir".

Millət vəkili sonda onu da deyib ki, plenar iclasda suallara cavab verən Paşinyan öznünün hiyləgər sifətini bir daha göstərməklə havadarlarına arxayınlaşdığını və 44 günlük Vətən müharibəsində aldığı ağır zərbədən nəticə çıxarmağın əvəzinə, unutmağa çalışdığını nümayiş etdirdi:

"Amma bilmir ki, yenidən müharibə baş verərsə, bu gün Ermənistana sözdə dayaq dayananlar işdə reallıqdan uzaq olacaqlar. Onlar üçün sadəcə Cənubi Qafqazda öz niyyətlərinə çatmaq maraqlı olduğunu təəssüf ki, Paşinyan hələ də başa düşmür".

Natiq
Xəbəri paylaş