Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda növbəti dəfə vətəndaş qəbulu keçirib.
Newscenter.az xəbər verir ki, qəbulda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər rayon sakinləri, ümumilikdə 50 nəfərə yaxın seçici iştirak edib. Millət vəkili seçicilərinin səsləndirdikləri məsələlərlə bağlı qeydiyyatlar aparıb.
Həlli mümkün olan bəzi məsələləri yerindəcə həll edilib, digər problemlərin həlli üçün isə deputat səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi əsirgəməyəcəyini seçicilərinin diqqətinə çatdırıb.
Vətəndaşların əksəriyyətinin problemi işsizlik və məşğulluq məsələləri ilə bağlı olub.
Ruhiyyə