Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrana qarşı yeni sanksiyalar tətbiq edildi, nazirlərin aktivləri donduruldu -ÖZƏL

İrana qarşı yeni sanksiyalar tətbiq edildi, nazirlərin aktivləri donduruldu


Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib. Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, sayca beşinci sanksiya paketi ilə molla rejimində sanksiyalara məruz qalanşəxslərin sayı 196-ya, təşkilatların sayı isə 33-ə qaldırılıb.

Beləliklə, Avropa İtifaqı ölkələri İranın irşad və mədəniyyət naziri Muhammet Mehdi İsmaili və təhsil naziri Yusuf Nuri də daxil olmaqla 32 şəxs və 2 təşkilata sanksiya tətbiq edəcək.

Sanksiyalar siyahısında olanların aktivlərinin dondurulması, Aİ ölkələrinə səfərlərinin qadağan edilməsi, bu şəxslər və təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması daxildir.

Mehman
Xəbəri paylaş