Birləşmiş Ştatlar prezidenti Co Baydenin Ukrayna səfəri bu gün müzakirə edilən bir nömrəli məsələlərdəndir. Rusiya tərəfi Aö Ev rəhbərinin Kiyev səfərinin Moskva ilə razılaşdırıldığını iddia edərək hələ də güc mərkəzi olaraq qaldığını sübuta yetirməyə çalışdığı halda, qərbdəkilər bunun əksini düşünür. İddia olunur ki, Baydenin səfəri son dərəcə məxfi şəraitdə baş tutub.
Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli isə Baydenin Kiyev səfəri ilə Blinkenin Türkiyə səfəri arasımda paralellik aparmağa çalışıb.
Newscenter.az-ın xəbərinə görə, HƏP rəsmisi hesab edir ki, Baydenin Kiyevə cəsarətli səfəri şər güclərə meydan sulamaqdırsa, Blinkenin Türkiyə səfəri və mesajların sərrastlığı ABŞ-Türkiyə (Türk dünyası) tərəfdaşlığına yeni nəfəsdir:
"Azərbaycanın Münhen konfransından uğurla döndüyü qənaətindəyəm. Azərbaycanı proseslərin mərkəzindən kənarda qalmasına iddia edənlərin yanıldığı qənaətindəyəm. Proseslər bizim milli maraqlarımızın tələblərinə uyğun inkişaf etməkdədir. Azərbaycanın inkişafına buxov olan Rusiya və İranın siyasi sistemlərinin çöküşü gün keçdikcə yaxınlaşır. Millətimiz, onun ağıllı siyasi kəsimi gələcəyə bu proseslərdə milli maraqlarımızın mənfəəti prizmasından yanaşmalıdır. Təmsil olunduğum HƏP prosesləri aydın təhlil edir, məsuliyyətini dərk edir, gələcəyin gözəl olacağına inanır".
Zəlimxan Məmmədli daha sonra bunları qeyd edib:
"ABŞ unikal dövlətdir. Super gücdür. Çıxarılarını gözəl hesablayan, müttəfiqlərini dəyərləndirən, prinsipləri strateji olan dövlətdir. Dünya üçün qorxu mənbəyi olan siyasi-hərbi mərkəzlərə qarşı iddialıdır. Rusiyanın, İranın və digər oxşar aqressiv güclərin şah damarını ustalıqla boğan, bəşəriyyətə ümid verən siyasi-ideoloji-hərbi mərkəzdir".
Mehman