Suriyada baş verən zəlzələdən sonra bu ölkədən Türkiyəyə yeni qaçqın axınının olması barədə deyilənlər həqiqəti əkss etdirmir.
Newscenter.az haber7.com-a istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar belə bir açıqlama ilə çıxış edib. Nazir əksinə, Türkiyəyə gələn suriyalı qaçqınların zaman-zaman geri, öz ölkələrinə döndüyünü deyib.
Hulusi Akar “Türkiyədən Suriyaya tək istiqamətli evlərinə və torpaqlarına dönən Suriya vətəndaşları var. Hazırda bu rəqəm 20 mini keçib"-deyə vurğulayıb.
Mehman