Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ missiyası Qarabağa da keçə bilərmi? -ÖZƏL

Aİ missiyası Qarabağa da keçə bilərmi?


Artıq bir neçə gündür ki, Ermənistan sərhədinə Avropa İttifaqının mülki missiyası yerləşdirilib. Hər nə qədər Rusiya buna qarşı olsa da, görünən odur ki, Aİ regionda Kremlin təsir dairəsini azaltmağa maraqlıdır. Bu arada sözügedən missiyanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ ərazisindəı yerləşdirilməsi mümkünlüyü barədə də Ermənistan siyasi cameəsində fikirlər səslənir. Bəs, görəsən belə bir halın reallaşması mümkündürmü və Rusiyanın bu halda hansı adekvat cavabı ola bilər?

Konfliktoloq Elman Vəliyev Newscenter.az-a bildirib ki, bunun baş verməsi üçün hər 3 tərəfin də razılığı alınmalıdır. Onun sözlərinə görə, üçtərəfli bəyanatda belə bir müddəa yoxdur:

"Yəni Aİ-nin istəməyi ilə olası şey deyil. Prosesin aktorları olanların "hə"sin almalıdır. Rusiya tərəfi isə buna razı ola bilməz və nə də ki, Bakı və İrəvanıN razı olmasını istəməz".

Konfliktoloq hesab edir ki, Ermənistan tərəfi razı ola bilər və belə bir təklifə yox deməzlər.

Mehman
Xəbəri paylaş