Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa yeni nəqliyyat marşrutları axtarışındadır -ÖZƏL

Avropa yeni nəqliyyat marşrutları axtarışındadır


“Azərbaycan Münhen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır. Ölkəmiz sözügedən qurumun illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Sona Əliyeva səsləndirib. O bildirib ki, builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyev idi:

“Dövlətimizin başçısının Konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsində idi. Qoca qitə hazırda yeni nəqliyyat marşrutları axtarışındadır”.

Mehman
Xəbəri paylaş