Türkiyədə bir-birinin ardınca baş verən dağıdıcı zəlzələlər Azərbaycan daxil olmaqla bir sıra qonşu ölkələrdə narahatçılığa səbəb olub. Bir çoxları Azərbaycanın da aktiv seysmik zona olduğunu nəzərə alaraq anoloji hadisələrin ölkəmizdə də baş vermə ehtimalını irəli sürürlər.
Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfail Eminov deyir ki, Alp Himalay seysmik qurşağı, kaynazoyun ən yeni dağ qırışmaları olan bölgəsi zəlzələ "ocaqları" ilə zəngindir və bir-biri ilə də əlaqədardır:
"Zəlzələ ocaqları bur-biri ilə sıx əlaqədə və münasibətlərdədir. Ölkəmizin həmin seysmik qurşağın tam mərkəzində yerləşməsi əlbəttə ki, narahatlıq üçün səbəb yaradır. Bir insan və cəmiyyət olaraq edə biləcəyimiz az şey yoxdur. Əsas edə biləcəyimiz məsələ, təhlükəsizliyimiz üçün biganə olmamaqdır".
Mehman