Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb


Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi başlanılıb.

Newscenter.az-a Binəqədi Rayon Prokurorluğundan bildirilib ki, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Mehman
Xəbəri paylaş