“Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında təmasların davam etdirilməsi, tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nail olunması məqsədilə səyləri təqdir edilsə də, lakin bu səylərin nəticəsiz qalması təəssüf doğurur”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupunun Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Birləşmiş Ştatların dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşünə münasibətində əksini tapıb. Newscenter.az-ın xəbərinə görə, Analitik Qrup hesab edir ki, indiki halda Birləşmiş Ştatların əvvəlcədən nəzərdə tutulmadığı halda belə bir görüşün keçirilməsi təşəbbüsünü anidən irəli sürərək onu reallaşdırması problemi həll etməkdən daha çox, bu istiqamətdə təşəbbüsü ələ almaöa hesablanıb:
“Birləşmiş Ştatlar heç bir halda təşəbbüsün Rusiyanın əlində olmasını istəmir. Çünki Rusiya kənar qüvvələrin tərəflər arasında əlaqə qurmasında maraqlı deyil. Avropa İttifaqı formatında keçirilən danışıqların davam etməməsinin günahkarlarından biri də məhz Rusiyadır. Baxmayaraq ki, Avropa İttifaqı Şurasının prezidenti ilə keçirilən üçtərəfli görüşlərdə tərəflər bir sıra prinsipial məsələlərdə razılığıa gəlmişdilər və 2022-ci ilin sonunda tərəflər arasında sülh müqaviləsinin imzalanması da mümkün görünürdü. Lakin Rusiya müəyyən gedişlər etməklə həmin formatda keçirilən görüşləri demək olar ki, arxivləşdirdi. Nəticə etibarilə Azərbaycanla Ermənistan arasında təmasların təşkil edilməsi, görüşlərin keçirilməsi təşəbbüsü əsas etibarilə Rusiyanın əlində qaldı”.
Analitik Qrup hesab edir ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan liderlərinin görüşündə təşəbbüsü ələ almaqla yanaşı, problemin tamamilə həllinə, tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nail olsa, bu istiqamətdə ortaya siyasi iradə qoysa, daha yaxşı olardı.
Mehman